İŞIQLI DÜNYA
İŞIQLI GÜNƏ ÇIXMAQ
OBASTAN VİKİ
İşıqlı
İşıqlı (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. İşıqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. İşıqlı (dağ) — Azərbaycanın Laçın rayonunda dağ. Böyük İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ. Kiçik İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ.
Azər Həsrət
Azər Həsrət (tam adı: Həsrət Azər Hacıqulu oğlu; 3 avqust 1968, Dədəli, Xaçmaz rayonu) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi. == Həyatı == Azər Həsrət 3 avqust 1968-ci ildə Azərbaycan SSR-in Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur. 1976–1986-cı illərdə elə həmin kənddəki orta məktəbdə oxumuş, sonra Bakı Baza Energetika Texnikumuna daxil olmuşdur. 1986-cı ilin payızında həqiqi hərbi xidmətə çağırılan Azər Həsrət iki il Almaniyanın Zerbst şəhərində Almaniyadakı Sovet Qoşunları Qrupunun tərkibində sıravi əsgər kimi xidmət keçmişdir. Eyni zamanda o, xidmət etdiyi batalyonda idman təşkilatçısı vəzifəsini də yerinə yetirmişdir. 1988-ci ilin dekabrında hərbi xidmətini başa vurub Azərbaycana qayıdandan sonra texnikumda təhsilini davam etdirməklə bərabər Bakı Məişət Maşınları Təcrübə Zavodunda fəhlə kimi işləmişdir. 1991-ci ildə texnikumu bitirdikdən sonra doğma kəndinə qayıdıb Xaçmazdakı "Vəlvələçay" Kooperativində işə düzəlmiş, 1992-ci ilin sonunadək burada işləmişdir. 1992-ci ildə Elçibəy hökumətinin tələbə qəbulu ilə bağlı yeni qaydalarından yararlanaraq imtahan vermiş və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul olunmuşdur. O, 1997-ci ildə həmin fakültəni "kitabxanaçı-biblioqraf" ixtisası üzrə qırmızı diplomla bitirmişdir. Eyni zamanda universitetdəki Hərbi kafedranı bitirdiyinə görə, ona ehtiyatda olan leytenant hərbi rütbəsi də verilmişdir.
Həsrət Cəfərov
Həsrət Valeh oğlu Cəfərov (5 oktyabr 2002, Goranboy) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2023-ci il Avropa Çempionatının qalibi. == Karyerası == Həsrət Cəfərov 2017-ci ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu. 2018-ci ildə isə Həsrət Cəfərov KYRM-da yeniyetmələr arasında Avropa Çempionatının və Xorvatiyada yeniyetmələr arasında Dünya Çempionatının bürünc medallarına sahib oldu.2019-cu ildə Həsrət Cəfərov iyulda Avropa Gənclər Olimpiya Festivalının qalibi olsa da, Sofiya şəhərində (Bolqarıstan) baş tutan yeniyetmələr arasında Dünya Çempionatını 12-ci pillədə başa vurdu.2021-ci ilin mayında U23 Avropa Çempionatının bürünc medalına sahib olan Həsrət Cəfərov, iyulda Dortmund şəhərində (Almaniya) baş tutan gənclər arasında Avropa Çempionatının, avqustda isə Ufa şəhərində (Rusiya) baş tutan gənclər arasında Dünya Çempionatının qalibi oldu. Daha sonra Həsrət Cəfərov Dünya Çempionatlarında debüt elədi. Oslo şəhərində (Norveç) baş turnirin bürünc medal uğrunda görüşündə məğlub olan Həsrət Cəfərov turniri beşinci pillədə başa vurdu. Həmin ilin noyabrında Belqrad şəhərində (Serbiya) baş tutan U23 Dünya Çempionatında da Həsrət Cəfərov qızıl medala sahib oldu.2022-ci ildə isə Həsrət Cəfərov əvvəlcə martda Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Daha sonra Həsrət Cəfərov Roma şəhərində Matteo Pellicone Turnirinin və Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Sentyabrda Belqrad şəhərində (Serbiya) baş tutan Dünya Çempionatını isə Həsrət Cəfərov bürünc medalla başa vurdu.2023-cü ildə Həsrət Cəfərov əvvəlcə Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirində mübarizə aparsa da, turniri 26 idmançı sırasında 20-ci pillədə başa vurdu. Apreldə isə Həsrət Cəfərov Avropa Çempionatında mübarizə apardı. 1/8 final mərhələsində Portuqaliya nümayəndəsi Pedro Kaldasa 2:1, 1/4 final mərhələsində Norveç nümayəndəsi Havard Yorgensea 8:1, 1/2 final mərhələsində isə Türkiyə nümayəndəsi Murad Fırata 8:1 hesabları ilə qalib gələn Həsrət Cəfərov, turnirin final görüşündə Gürcüstan nümayəndəsi Coni Xetsurianiya 3:2 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qalibi oldu.
Həsrət Hüseynov
Həsrət Hüseynov (tam adı:Hüseynov Həsrət Muxtar oğlu) — Azərbaycan Respublikanın əməkdar mədəniyyət işçisi, qədim musiqi alətlərinin ifaçısı. == Həyatı == 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1950-ci ildən rayon mədəniyyət evində çalışmağa başlamışdır. Azərbaycan gənclərinin bir neçə festivallarında iştirak edir və festivalların laureatı olmuşdur. Həsrət Hüseynov Azərbaycan muğamlarını və 100-ə qədər xalq mahnılarını zurnada və balabanda çalırdı. O, rayonun mədəni həyatında yaxından iştirak etmiş, toy şənliklərinin mahir aparıcısı olmuşdur.
Həsrət Həsənov
Həsrət Əli oğlu Həsənov (1930-2009) — Azərbaycan alimi, dilçi, filologiya elmləri doktoru.[mənbə göstərin] == Elmi yaradıcılığı == H.Həsənov dilçilik fəaliyyətinə dilçiliyin qrammatika sahəsində başlamışdır. Onun cümlə sintaksisinə dair bir neçə məqaləsi çap edilmiş, 1964-cü ildə “Müasir Azərbaycan dilində (müəyyən şəxsli, qeyri-müəyyən şəxsli və ümumi şəxsli) cümlələr” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi yaradıcılığında o, əsasən, Azərbaycan dilinin leksikasını tədqiq etməklə məşğul olmuşdur. O, 1980-ci ildə “Azərbaycan dilində omonimiya” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir H.Həsənovun məşğul olduğu dilçilik sahələrindən biri də leksikologiya-lüğətçilikdir. Onun lüğətçilik sahəsindəki elmi araşdırmaları spesifik, özünəməxsus səciyyə daşıyır. O, başqa dilçilərin tərtib etdiyi lüğətlərdən, məsələn, rusca-azərbaycanca, yaxud azərbaycanca-rusca kimi ikidilli lüğətlər, terminoloji lüğətlər və ya çoxdilli lüğətlər yaratmır. Onomastik lüğətləri – “Azərbaycan şəxs adları lüğəti” (2000), “Azərbaycan şəxs adlarının izahlı-etimoloji lüğəti” (2002) və habelə İ.Məmmədovla birlikdə tərtib etdiyi “Azərbaycan dilinin sinonimlər lüğəti” (1990) əsərləri çıxsaq, H.Həsənovun tərtib etdiyi lüğətlər Azərbaycan dilçiliyində mühüm yeri tutur.Lüğətlər tərtibindən əlavə, H.Həsənov lüğətçilik nəzəriyyəsi məsələləri ilə də maraqlanır. Onun bu sahədəki axtarışları “Azərbaycan lüğətçiliyinin nəzəri əsasları” və “Lüğətlər necə yaranır” adlı kitabında öz əksini tapmışdır. Ümumi dilçilik məsələləri H.Həsənovun diqqət mərkəzində olmuşdur. Onun “Dilin ictimai mahiyyəti”, “Yazılar və əlifbalar”, “İnterlinqvistika” və “Natiqlik sənəti” adlı əsərləri ümumi dilçilik məsələlərinin araşdırmasına həsr edilmişdir.
Həsrət Ələsgərov
Həsrət Vahid oğlu Ələsgərov (8 fevral 2001; Aşağı Quşçu, Tovuz rayonu — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsrət Ələsgərov 2001-ci il fevralın 8-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2008-2019-cu illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Həsrət Ələsgərov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həsrət Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsrət Ələsgərov oktyabrın 8-də Madagizin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsrət Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Böyük İşıqlı
Böyük İşıqlı ya Mets Ishkhanasar (erm. Մեծ Իշխանասար) vulkanı - Azərbaycan Respublikasının qərbində, Laçın rayonunun cənub-qərbində Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağ. Vulkanın mütləq hündürlüyü dəniz səviyyəsindən 3552 metrdir. Böyük İşıqlı yatmış vulkandır və burada mezozoy erasının effuziv süxurları üstünlük təşkil edir. Yamacında İşıqlı Qaragölü yerləşir. Həmçinin 17 oktyabr 1987-ci il tarixində yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğu da, Böyük İşıqlı dağının yamacında, 2650–2700 m mütləq yüksəklikdə yerləşir.Böyük İşıqlı dağı Ermənistanla sərhəddə yerləşir. Qarabağ yaylasında ən yüksək zirvələrdən biridir. İşıqlı komponenti dağın (başı daim qarla ortulu olduğundan) işıq saçdığını, parıldadığını bildirir. == Mənbə == 8-ci siniflər üçün dərslik. Azərbaycan Respublikasının Fiziki Coğrafiyası.
Kiçik İşıqlı
Kiçik İşıqlı — Laçın rayonu ərazisində dağ. Dağ Qarabağ yaylasındadır. Ermənistanla sərhədin yaxınlığında, Böyük İşıqlı dağından şimaldadır. Hündürlüyü 3455 m. Böyük İşıqlı dağından (3552 m.) nisbətən alcaq olduğu üçün belə adlandırılmışdır.
Toyqar İşıqlı
Toyqar İşıqlı (16 aprel 1974, Gölcük[d], Kocaeli ili) — türk bəstəkarı, musiqi prodüseri və müğənnisi. Film və serial musiqisi üzrə fəaliyyət göstərən sənətkar mindən çox əsər bəstələmişdir. Serial musiqi albomları ilə yanaşı, onun öz sözləri, bəstəsi və şərhi ilə solo albomları da var. Arven Müzik film istehsalı və yayımlanması şirkətinin sahibidir. == Həyatı == 1974-cü ildə Gölcükdə anadan olub. Gölcük Barbaros Hayrettin Liseyini bitirib. Daha sonra İstanbula köçdü və Mərmərə Universitetində vokal ixtisası üzrə bakalavr təhsili aldı. O, magistr dərəcəsini İstanbul Texniki Universiteti MİAM-da (Musiqidə İrəli Araşdırmalar Mərkəzi) almışdır. Hal-hazırda, İstanbul Texniki Universitetində musiqişünaslıq və musiqi nəzəriyyəsi üzrə aspirantura təhsili alır. Toygar Işıklı Berklee Musiqi Kollecində də film musiqisi oxuyub.
İşıqlı (Füzuli)
İşıqlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == İşıqlı oyk, sadə. Qubadlı r-nunun Muradxanlı i.ə.v.-də kənd. Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Ciyciyi olmuşdur. Zəngilan r.nunda Ciyciyi dərəsi adlı yer də qeydə alınmışdır. Kənd sonralar Şeyx Şərif adlı şəxsin adı ilə Şıxlı adlanmış, sonralar tələffüzdə İşıqlı formasına düşmüşdür 1937-ci ildə yaxınlığındakı Binədərəsi, Damlanıc və Narcaq kəndləri də bu kəndə birləşdirilmiş, kəndin ərazisi xeyli böyümüşdür. Kəndin ərazisindəki köhnə qəbiristanlıq hazırda Şeyx Şərif qəbiristanı adlanır; Füzuli r-nunun Dədəli i.ə.v.-də kənd.
İşıqlı (Qubadlı)
İşıqlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Toponimikası == İşıqlı kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Ciyciyi olmuşdur. Zəngilan r.nunda Ciyciyi dərəsi adlı yer də qeydə alınmışdır. Kənd sonralar Şeyx Şərif adlı şəxsin adı ilə Şıxlı adlanmış, sonralar tələffüzdə İşıqlı formasına düşmüşdür. 1937-ci ildə yaxınlığındakı Binədərəsi, Damlanıc və Narcaq kəndləri də bu kəndə birləşdirilmiş, kəndin ərazisi xeyli böyümüşdür. Kəndin ərazisindəki köhnə qəbiristanlıq hazırda Şeyx Şərif qəbiristanı adlanır. == Əhalisi == 1912-ci ilin "Qafqaz təqvimi"nə görə kənddə əsasən kürdlərdən ibarət 208 nəfər yaşayırdı.
İşıqlı (dağ)
İşıqlı — Laçın rayonu ərazisində dağ. Qarabağ silsiləsinin ən hündürlüyüdur zirvələrindən biridir. Ermənistanla sərhəddə yerləşir. Hündürlüyü 2520 m. Tədqiqatçılara görə, dağın başının qarlı olması və qarın gün işığında parıldaması bu adın yaranmasına səbəb olmuşdur. Oronimi Şıxlı nəslinin adı ilə də bağlayırlar.
İşıqlı (dəqiqləşdirmə)
İşıqlı (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. İşıqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. İşıqlı (dağ) — Azərbaycanın Laçın rayonunda dağ. Böyük İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ. Kiçik İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ.
İşıqlı Qaragöl
İşıqlı Qaragöl, bəzən Qaragöl kimi qeyd olunur — Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhəddində yerləşir. Göl dəniz səviyyəsindən 2.666 metr yüksəklikdə yerləşir və təxminən 2 kvadrat kilometr əraziyə malikdir. Gölün suyu soyuq və təmizdir. Göldə İşxan qızılbalığının növləri yaşayır. == Tarixi == 2021-ci il mayın 12-dən başlayaraq, Azərbaycanla Ermənistan arasında Qaragöl ətrafında gərginlik yaşanır. Ermənistan tərəfi Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan tərəfi isə bunun yalan olduğunu, hələ Sovet hakimiyyəti illərindən mövcud olan xəritələr əsasında dövlət sərhədini möhkəmləndirdiyini qeyd edib.Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan sərhədini keçərək Sünik rayonundakı Qaragöl ərazisi boyunca 3.5 kilometr irəliləyib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, "Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir".
Əbülfəz Hüseyni (Həsrət)
Hüseyni Əbülfəz Aslan oğlu - şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1968). == Həyatı == Əbülfəz Hüseyni 1925-ci ilin baharında İranın Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclik dövründən onda şerə maraq oyanmış, ilk şeirlərini yazmışdır. Milli Azadlıq hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda Demokratik hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik quruluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbaycanda siyasi sığınacaq tapmışdır (1946). Burada Bakı Tibb texnikumunun stomatologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. İkinci kursdan əyani şöbəyə dəyişilmiş, oranı müvəfəqqiyyətlə bitirəndən sonra Qaradağ qəsəbə orta məktəbində müəllimlik etmişdir (1954-1957). Sonra Bakıda 160 saylı orta məktəbə dəyişilmişdir (1957).
İşıqlı Yol (1974)
== Məzmun == Film kimyaçı alim, texnika elmləri doktoru, görkəmli alim, sadə və təvazökar insan, akademik İzzət xanım Orucovaya həsr olunmuşdur. Filmdə alimin keçdiyi maraqlı və mənalı həyat yolundan, elmi axtarışlarından, bu sahədə qazandığı görkəmli nailiyyətlərdən söhbət açılır, aktrisa kimi "Sevil" və "Almaz" filmlərində baş rollarda çəkildiyi yada salınır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Vladimir Sinitsın Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
İşıqlı yol (qəzet)
Şərurun səsi — Şərur rayonunda nəşr olunan qəzet. == Tarixi == "Şərurun səsi" adlanan Şərur rayon qəzeti 1931-ci ilin oktyabrında ilk sayı ilə oxucularla görüşmüşdür. Qəzetin ilk adı "Pambığa doğru" olmuşdur. Qəzetin nəşrə başladığı ilk vaxtlar Naxçıvan şəhər sakini Qasım Tağıyev redaktor, sədərəkli Qədim Qədimov isə ədəbi işçi idi. Bir neçə nömrə çapdan çıxandan sonra Qasım Tağıyevi rayon partiya komitəsinə şöbə müdiri vəzifəsinə irəli çəkirlər. Boş qalan redaktor vəzifəsinə isə Qarabağlar kəndinin sakini olan Nemət Əhmədov təyin edilir. Qəzetin birinci nömrəsində "Qəzetin qarşısında duran vəzifələr", "Su kanalı çəkilişi işini sürətləndirməli", "Rayon İcraiyyə Komitəsi sessiyasının qərarı" və başqa sərlövhəli yazılar verilmişdi. Bu yazılar qəzetin məqsəd və vəzifələrini, hansı məsələlərdən daha ətraflı yazacağını çox aydın göstərirdi. Rayon həyatının elə bir sahəsi yox idi ki, "Pambığa doğru" qəzeti ora yol açmamış olsun. Qəzet sosializm quruculuğundakı müvəffəqiyyətləri işıqlandırmaqla yanaşı israfçılığa, bürokratizmə, bir sözlə bütün mənfi hallara qarşı kəskin mübarizə aparırdı.
Dünyaya İnsan Gəlir (1976)
== Məzmun == Filmdə ölkəmizin balaca vətəndaşlarına göstərilən qayğıdan, dünyaya gəldiyi ilk gündən diqqət və məhəbətlə əhatə olunmalarından, Azərbaycan Respublikasının əməkdar həkimi, Sosialist Əməyi Qəhrəmanı, Krupskaya adına doğum evinin baş həkimi Şamama Ələsgərovadan söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Rəfiqə Hüseynova Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 377.
Oğru Dünyaya Hökm Etmir
Oğru Dünyaya Hökm Etmir(TV seriyası) 2015-ci ildə Raci Şaşmaz və Bahadır Özdener tərəfindən yaradılmışdı == Haqqında == İlk bölümü 8 sentyabr 2015-ci ildə yayımlanan Oğru Dünyaya Hökm Etmir filminin ssenarisini Raci Şaşmaz və Bahadır Özdener birlikdə yazmışdır.rejssorluğu Onur Tan Zübeyr Şaşmaz və Baran Özçaylanın aksiyon film aksiya cinayət və dram (kino və televiziya) Türklər Televiziya serialı Ümumilikdə 6 mövsümdən ibarət olan serial 15 iyun 2021-ci ildə yayımlanan 199-cu bölümü ilə mövsüm finalını etdi və son dəfə ekranda oldu. == Serialın rəqəmsallaşdırılması haqqında == Serialın davamı üçün BluTV ilə əl sıxma. İlk olaraq hazır olan, lakin yayımlanmayan 200-cü bölüm yenilənmiş montajı və əlavə səhnələri ilə bir film olacaq. Ad hüququ atv-də olan layihənin yeni adı Son Əfsanə oldu. Digər tərəfdən layihənin serial versiyası fevral ayında çəkiləcək və baş rolda İlyas Çakırbəyliyə həyat verən uğurlu aktyor Ozan Akbaba çəkiləcək. Xızır Oktay Kaynarca həbsxanada, Alpaslan Yunus Emre Yıldırımer isə xaricə sürgündə çəkiləcəyi üçün serialda yer almayacaq. Bu inkişafdan sonra ATV BVB Production-a qarşı 165 milyon dollarlıq iddia qaldıracağını açıqladı. Pərdə arxasında yayılan xəbərlərə görə, BluTV ATV-nin iddia qaldırmağa hazırlaşmasından sonra BVB Production ilə bağladığı müqavilədən geri çəkilib. == Fon == Serialın 3 mövsümü Bahadır Özdenerlə ssenari müəllifi olan Raci Şaşmaz 2019-cu ildə aktyorların maaşlarını ödəyə bilməyib və istehsalı ATV İç Yapımlar-a transfer etməli olub. Bahadır Özdener Berna Aruzla birlikdə serialın ssenarisini yazmağa davam edib.
Skott Pilqrem dünyaya qarşı
Skott Pilqrem dünyaya qarşı (ing. Scott Pilgrim vs. the World) — 2010-cu il romantik, döyüş-komediya filmi. Film Brayan Li O'Mellinin müəllifi olduğu "Skott Pilqrem" qrafik roman seriyası əsasında çəkilib. Filmin rejissoru Edqar Raytdır, ssenarisini Maykl Bekoll ilə birlikdə yazıb. Filmin baş rollarında Maykl Sera və Meri Elizabet Uinsted çəkilib. == Məzmun == Kanadanın Toronto şəhərində yaşayan 22 yaşlı gənc oğlan Skott Pilqrem Amazon çatdırılma şirkətində çalışan amerikalı qız Ramona Flauersə aşiq olur. Skott indi Ramonanı əldə etmək üçün onun yeddi keçmiş sevgilisini döyüşdə məğlub etməlidir.
Üç min illik həsrət
Üç min illik həsrət (orijinalda ing. Three Thousand Years of Longing) — Corc Millerin rejissorluğu ilə 2022-ci ildə fentezi romantik dram janrında çəkilmiş və baş rollarını İdris Elba və Tilda Suintonun canlandırdığı bədii film. Filmin ssenarisi Corc Miller və Avqusta Qore tərəfindən yazıçı Antoniya Syüzen Bayettin 1994-cü ildə nəşr edilmiş "Bülbül gözündəki Cin" romanı əsasında yazılmışdır. Elba filmdə professor (Suinton) tərəfindən azas edilmiş cini canlandırır. Filmin ilk nümayişi 20 may 2022-ci ildə Kann kinofestivalında baş tutmuş, 26 avqust 2022-ci ildə film ABŞ-da, 7 sentyabr 2022-ci ildə isə Azərbaycanda nümayişə başlamışdır. == Məzmunu == Tarix və ədəbiyyat tədqiqatçısı Aliteya Binni narratologiya konferensiyasında iştirak etmək üçün İstanbula gəlir. O, bazarda şüşə butulka alır və qaldığı oteldə butulkanı açır. Bu zaman butulkanın içindən çıxan Cin, ondan üç arzu tutub özünü azad etməyi tələb edir. Çoxlu sayda bu cür hekayə bilən Aliteya Cinin təklifinə tərəddüdlə yanaşır, həmçinin heç nəyə ehtiyacı olmadığı üçün üç arzu fikirləşə bilmir. Cin üç dəfə həbs edilməsi haqqında hekayələr danışaraq onu arzu tutması üçün yola gətirməyə çalışır.
Məzrayə-i İşıqlı (Qoşaçay)
Məzrayə-i İşıqlı (fars. ‎‎مزرعه ايشقلو‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
İşıqlı yol (film, 1974)
== Məzmun == Film kimyaçı alim, texnika elmləri doktoru, görkəmli alim, sadə və təvazökar insan, akademik İzzət xanım Orucovaya həsr olunmuşdur. Filmdə alimin keçdiyi maraqlı və mənalı həyat yolundan, elmi axtarışlarından, bu sahədə qazandığı görkəmli nailiyyətlərdən söhbət açılır, aktrisa kimi "Sevil" və "Almaz" filmlərində baş rollarda çəkildiyi yada salınır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Vladimir Sinitsın Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
İşıqlı əyləncə (rəsm əsəri)
İşıqlı əyləncə (ing. Illumined Pleasure) — Salvador Dali tərəfindən 1929-cu ildə neftli fusion və yağlı kollajla 23.8 x 34.7 sm ölçülü panel üzərində çəkilmiş bir rəsm əsəri.
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallara sarğı materialı deyilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. == Sarğıların növləri, onların qoyulması qaydaları == Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir. Yaranın sarınması prosesinə sarğı qoymaq deyilir.
воссыла́ться комфо́ртный конгруэ́нтность ла́зерный несвя́занный по-молча́лински подкидно́й подскака́ть расторга́ться расчеркну́ться сооте́чественница тампона́да увя́зывание фронти́т фу́тер засе́чься нахра́п похло́пывание стару́шечий чёрт подери́! сургуч honor puckster губком многоженец